Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:46

-

Avqustun 1-də ölkə ərazisində iki intihar olayının baş verdiyi bildirilir.

Reportun xəbərinə görə, günün ilk yarısında Nəsimi rayonunda intihar hadisəsi baş verib.

38 yaşlı Tamilla Mustafayevanın özünü Xətai prospektində yerləşən 38 saylı binanın 16-cı mərtəbəsindən atdığı bildirilir. O, hadisə yerində keçinib. Olayın səbəbi açıqlanmır.

Daha bir intihar xəbəri Salyan rayonundan gəlib.

Rayonun Sarvan kəndində 32 yaşlı Gülnarə Kazımovanın yaşadığı evin həyətində asılmış meyiti aşkarlanıb.

Prokurorluq hər iki hadisənin səbəbini araşdırır.

Son vaxtlar Azərbaycanda intihar hallarının artdığı deyilir. Ekspertlər intihar hallarının səbəblərini obyektiv araşdıran ayrıca mərkəzin yaradılmasını təklif edirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG