Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 22:55

Çexiyanın "Viktoriya" (Plzen) klubu avqustun 1-də Bakıya yollanıb.

Qeyd edək ki, komanda futbol üzrə Avropa Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində bu dəfə səfərdə “Qarabağ”la qarşılaşmalıdır.

"Viktoriya" klubunun rəsmi saytında gedən məlumata görə, komanda bu gün Bakı vaxtı ilə 10:00-da Praqadan Bakıya yollanıb.

“Qarabağ” – “Viktoriya” görüşü sabah Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Qeyd edək ki, bundan əvvəl Plzendə keçirilən ilk görüşdə hesab açılmayıb.

Bu görüşdə Qarabağa minimal qələbə lazımdır, rəqibi isə məhsuldar heç-heçə də qane edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG