Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 20:59

-

Nəsimi Rayon Məhkəməsi müstəqil jurnalist Natiq Cavadlının ölkədən çıxışına qoyulan qadağadan verilən şikayətə baxıb. Məhkəmə qadağanı əsaslı hesab edib.

Bu haqda jurnalistin özü məlumat verib.

N.Cavadlı məhkəmədə xaricdən yayımlanan Meydan TV-yə qarşı açılan cinayət işi üzrə prokurorluqda ifadəsinin alınması, bunun ardınca ölkədən çıxışına bir ildən artıqdır ki, qadağa qoyulması haqda bilgi verib.

Ancaq hakim Elman İsayev jurnalistin qoyulan qadağanın götürülməsi istəyini rədd edib.

Jurnalist məhkəmənin qərarını qanunsuz hesab etdiklərindən yuxarı məhkəməyə instansiyalarına şikayət edəcəklərini bildirib.

Xaricdən yayımlanan Meydan TV 2013-cü ildə fəaliyyətə başlayıb, 2014-cü ildə onun Bakı ofisi qapadılıb. Daha sonra qaldırılan cinayət işi üzrə bu, televiziya ilə əməkdaşlıq edən 15-ə qədər jurnalist istintaqa cəlb edilib.
Cinayət işini Baş Prokurorluğun Ağır Cinayətlər İdarəsinin apardığı bildirilir. Ancaq istintaqın gedişi ilə bağlı rəsmi qurumlardan ictimaiyyətə geniş bilgi verilməyib.

Buna da bax: 15 jurnalistin adı cinayət işində

Günün bütün mövzuları

XS
SM
MD
LG