Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:45

-

Avqustun 1-də Müsavat Partiyası Divanının iclası keçirilib.
İclasda Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi üzrə 26 sentyabr referendumunun keçirilməsi üzrə təşviqat qrupunun yaradılması məsələsi müzakirə olunub.

“Avqustun 2-də partiyanın növbədənkənar Məclisini keçirmək və təşəbbüs qrupu yaratmaq qərarı verilib”, deyə partiyanın press-relizində qeyd edilir.

Buna da bax: 'Yayda kampaniya aparılması absurddur'

Müsavat fəalları çörəyin və digər qida məhsullarının bahalaşması məsələsinə də toxunublar.

Divan üzvləri həmçinin Baş Prokurorluğun Azərbaycan hökuməti üzvlərinin, hakim ailənin korrupsiya və offşor zonalarda vergilərdən yayınmasına dair Panama sənədləri ilə bağlı partiyanın müraciətinə məhəl qoymadığını qeyd ediblər.

Buna da bax: Azərbaycan müxalifətinin antireferendum planları

Sentyabrın 26-da Azərbaycanda konstitusiyaya dəyişiklərlə bağlı referendum keçirəcək. Müxalifətin başqa bir hissəsi Demokratik Qüvvələrin Milli Şurası isə, hələlik, təşviqat prosesində iştirak etmək niyyətində deyil.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

Buna da bax: Referendumun nəticələri oktyabrın 21-dək açıqlanacaq

Günün bütün mövzuları

XS
SM
MD
LG