Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:33

►Mahmud Vaezi prezident Həsən Ruhaninin səfərini ölkə rəsmiləri ilə müzakirə etməlidir.

İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Bakıya işgüzar səfərə gəlib.

Azərbaycan - İran hökumətlərarası komissiyasının həmsədri Mahmud Vaezi Bakıda prezident Həsən Ruhaninin Azərbaycana planlaşdırılan səfəri ilə bağlı ölkə rəsmiləri ilə müzakirələr aparmalıdır.

Bundan əvvəl, İran Xarici İşlər Nazirliyi məlumat yaymışdı ki, avqustun 8-də Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşü olacaq. Tərəflər “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə tranzit, eləcə də terrorla mübarizə və Xəzərin statusunu müzakirə edəcək.

Ötən həftə İran xarici işlər nazirinin müavini İbrahim Rəhimpur deyib: «Gündəlikdəki əsas məsələ “Şimal-Cənub” nəqliyyat dəhlizi, yəni Fars körfəzindən Rusiyaya tranzitdir».

Verilən məlumata görə, Həsən Ruhani rusiyalı həmkarı Vladimir Putinlə Suriyadakı vəziyyəti də müzakirə etmək istəyir.

Prezidentlərin üçtərəfli görüşünü Rusiya və Azərbaycan xairici işlər nazirləri iyulun 12-də Bakıda görüşləri zamanı da təsdiq ediblər. Amma Məmmədyarov deyib ki, görüşün vaxtı avqustda dəqiqləşdiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG