Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 19:40

Rusiya, Suriyanın İdlib əyalətində 1 hərbi vertolyotunun vurulduğunu bildirir.

Məlumatlara görə vertolyotda 5 nəfər olub.

Rusiyanın müdafiə nazirliyi Mi-8 nəqliyyat təyyarəsinin avqustun 1-də yerdən vurulduğunu bildirir.

Vertolyot Hələb şəhərinə hümanitar yardım çatdırdıqdan sonra hərbi-hava bazasına dönürmüş.

Nazirlik 5 nəfərdən 3-nün heyət üzvü, ikisinin isə zabit olduqlarını bildirir.

Onların taleyi və vertolyotun kimlər tərəfindən vurulması hələlik bəlli deyil.

Qeyd edək ki, Rusiya Suriya müharibəsində prezident Bashar Assad rejiminin tərəfini saxlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG