Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:32

İŞİD hücumu boynuna aldı


İŞİD-in hücumu
İŞİD-in hücumu

İyulun 31-də İraqın şimalında -Kərkük şəhəri yaxınlığındakı neft və qaz xətlərinə edilən hücumları «İslam Dövləti» (İŞİD) qruplaşması öz üzərinə götürüb.

Qruplaşma hücum nəticəsində Bay-Hassan ərazisinin tamamilə yandırıldığını, qaz kəmərləri yerləşən ərazidəki atışmada bir neçə nəfəri öldürdüyünü bildirib.

Rəsmi məlumata görə, motosikletlərlə edilən hücum zamanı 5 fəhlə öldürülüb.

Kərkük şəhəri və əyalətin böyük bir hissəsi kürdlərin nəzarəti altındadır. Ancaq əyalətdə İŞİD-in əlində olan bəzi yerlər də var.

2014-cü ildə ani bir hücumla İraqın üçdə bir hissəsini ələ keçirən İŞİD son vaxtlar Fəllucə şəhəri də daxil olmaqla, bir neçə şəhərdən çıxmalı olub. Ancaq hələ də Mosul şəhəri də daxil, ölkənin əhəmiyyətli bir hissəsini nəzarətində saxlayır.

XS
SM
MD
LG