Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:43

Səudiyyə öz banklarına kredit verir


Səudiyyə vətəndaşı Suriya qaçqınlarına pul verir

Səudiyyə vətəndaşı Suriya qaçqınlarına pul verir

Səudiyyə Ərəbistanının mərkəzi bankı likvidlik problemlərini azaltmaq üçün ölkədəki banklara qısamüddətli kredit verir. Başqa sözlə, banklara nağd pul verir ki, pul qıtlığı olmasın.

Bloomberg-in məlumatına görə, Səudiyyə Ərəbistanı Pul Agentliyi (SAMA) banklara 15 milyard rial, yəni 4 milyard dollar məbləğində kredit təqdim edib. Kreditlər bir illiyə verilib.

Abu Dhabi Commercial Bank PJSC-nin baş iqtisadçısı Monica Malik deyir ki, "Bu pul qısamüddətli likvidliyi artırmaq və bankların kredit qabiliyyətini artırmaq üçün verilib".

Malikin dediyinə görə, banklar indi mərkəzi bankdan məcburi ehtiyat normasını endirəcəyini və ya borc-əmanət sərhədini yüksəldəcəyini gözləyirlər.

Səudiyyə Ərəbistanı hökumətinin büdcə kəsirini bağlamaq üçün daxili istiqraz buraxması və yerləşdirməsi banklarda nağd pul qıtlığı yaratdı.

XS
SM
MD
LG