Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:05

Malayziyada baş nazirə əlavə səlahiyyət verilib


Najib Razak
Najib Razak

Avqustun 1-də Malayziyada təhlükəsizlik qanunu qüvvəyə minib.

Bu qanunu ölkə parlamenti dekabr ayında qəbul etmişdi.

Qanun Malayziyada baş nazir Najib Razak-a fövqəladə vəziyyət elan etmək də daxil olmaqla geniş səlahiyyətlər verir.

Razak-ın rəhbərlik etdiyi Təhlükəsizlik Şurasına və polisə geniş səlahiyyətlər verən qanunun insan haqları və demokratiyanı təhlükə altına alacağından narahatlıq var.

Bundan sonra Razak lazım bildiyi bölgələrdə fövqəladə vəziyyət elan edə biləcək.

Baş nazir Malayziyanın islam qruplaşmalarının təhdidi altında olduğundan qanunun vacib olduğunu bildirib.

XS
SM
MD
LG