Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:28

Havalar istiləşir


Günəş
Günəş

Avqustun 2-si Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı bildirilir. Səhər və gündüz yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimal edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, Abşeron yarımadasında gecə 22-24, gündüz 28-33, Bakıda gecə 22-24, gündüz 30-32 dərəcə isti olacaq.

Avqustun 2-də ölkənin bəzi rayonlarında da şimşək çaxacağı, yağış yağacağı bildirilir.

Gecə 20-25, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 18-23 isti ehtimal edilir.
Son bir neçə gündə temperatur göstəriciləri bundan 2-4 dərəcə aşağı olmuşdu.

XS
SM
MD
LG