Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:42

169 dinc sakin humanitar dəhliz yoluyla Hələbdən çıxıb


Hələb
Hələb

Suriyanın Hələb şəhərində humanitar dəhliz açılıb. Çoxu qadınlar və uşaqlar olan dinc sakinlər bu dəhlizdən keçməklə daha təhlükəsiz ərazilərə yerləşdirilib.

Bu haqda Rusiyanın müdafiə naziri Sergei Shoigu məlumat verib. O bildirib ki, humanitar dəhlizi Rusiyanın dəstək verdiyi Suriya ordusu açıb. Artıq 169 dinc sakin bölgəni tərk edib, 69 nəfər silahlı müxalif təslim olub.

Ancaq BMT və ABŞ humanitar dəhliz planına şübhəylə yanaşır. Bəzi ABŞ rəsmiləri bildirib ki, bu planla Suriya ordusu şəhəri ələ keçirmədən əvvəl əhalini köçürmək istəyir.

Londonda yerləşən Suriya İnsan Haqları Təşkilatı isə bildirib ki, Suriya ordusunun bu planına inanmır. Təşkilat bildirib ki, əgər təhlükəsiz dəhliz açılmasını istəyirlərsə, bu, BMT və Beynəlxalq Qızıl Xaç Təşkilatının nəzarətində edilməliydi.

Hazırda Hələbdə 300 mindən çox dinc adam döyüşlərin ortasında qalıb.

XS
SM
MD
LG