Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 05:01

Erdoğan-ın qaldığı otelə hücum edən 11 hərbçi tutulub


Dövlət çevrilişi ilə bağlı həbslər.
Dövlət çevrilişi ilə bağlı həbslər.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan-ın Marmarisdə qaldığı otelə hücum edən və sonradan qaçıb gizlənə bilmiş 11 hərbçi tutulub.

Bu haqda Muğla valisi Amir Çiçek məlumat verib.

O bildirib ki, avqustun 1-ə keçən gecə 9, səhərə yaxın daha 2 hərbçi tutulub. Əməliyyatı xüsusi təyinatlı polislər həyata keçirib.

İyulun 15-də Türkiyədə hərbçi çevrilişə cəhd zamanı prezident Erdoğan-ın qaldığı otelə də hücum olmuşdu. Hücumdan az əvvəl Erdoğan oteli tərk edib İstanbula getmişdi.

Hərbi çevrilişə cəhd zamanı Türkiyədə 300-dən artıq adam həlak olub. Onlardan 200-dən çoxu dinc sakinlər olub.

XS
SM
MD
LG