Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:26

Kabildə güclü partlayış olub


Foto arxiv
Foto arxiv

Avqustun 1-də Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış olub.

Əcnəbilərin qaldığı «Northgate» otelinin qarşısında minalanmış yük maşını partladılıb.

Partlayışdan sonra 4 silahlı otelə hücum etmək istəyib. Ölən və yaralananlar haqda məlumat verilmir.

Partlayışa görə məsuliyyəti üzərinə götürən «Taliban» onlarla xaricinin qətlə yetirildiyini iddia edib.

Partlayışdan əvvəl Kabildə işıqların kəsildiyi də bildirilir.

«Northgate» oteli həm də Kabildəki xarici hərbi qüvvələr və müqavilə əsasında çalışan xarici mülki şəxslərin maddi-təchizat anbarı kimi fəaliyyət göstərirmiş.

XS
SM
MD
LG