Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 14:14

Papa smartfonlardan asılı olmamağa çağırıb


Roma papası Francis Polşada, iyul, 2016 (QUIZ)

Roma papası Francis Polşada, iyul, 2016 (QUIZ)

Roma Papası Fransisk bazar günü Polşada 2,5 milyon katolikin iştirakı ilə açıq havada ayin keçirib.

«Miloserdia» adlandırılan düşərgənin yerləşdiyi böyük çəmənlik yüz minlərlə gənclə, rahib və ailələrlə dolub.

Papa Fransisk öz nitqində gənclərə üz tutub ki, xalqlar arasındakı nifrətə qarşı olsunlar, sərhədləri və maneələri istəməsinlər.

Buna da bax: Roma papası: “Dünya müharibədədir”

Papa «xoşbəxtliyi divanda axtaran tənbəl uşaqları» tənqid edib. Fransisk onları yaşamağa, smartfonlardan asılı olmamağa çağırıb.

Bundan əvvəl Polşada Osvensim ölüm düşərgəsinə baş çəkən Papa deyib ki, orda gördüyü qəddarlıq İkinci Dünya Müharibəsindən sonra bitməyib.

Buna da bax:

Günün bütün mövzuları

XS
SM
MD
LG