Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:07

İnsanlar, nəhayət, eşşəyin dilini öyrənir


Eşşək
Eşşək

Londonda eşşəklərin emosiya və maneralarını öyrənməyə imkan verən texnologiya yaradılıb.

Qərbi Yorkshir bölgəsində Deyusburidə eşşəklərdən ferması olan Mark İneson 20 ildən çoxdur bu heyvanları öyrənir və deyir ki, eşşəklər çox emosionaldır.

«Merlin Events» əyləncə qrupu Londonun Yubiley Bağında eşşəkləri minməyi təklif edir. Yeni texnologiya imkan yaradır ki, uşaqlar eşşəklərin səslərini İngilis dilində bütünlüklə anlasınlar.

12 yaşlı Carl adlı heyvanından danışan İneson deyir ki, onu azacıq itələyirsən və üzündə müxtəlif ifadələr görə bilirsən. O əlavə edir ki, eşşəklər də itlər kimi pəncəsini sənə verə, ayağını qaldırmaqla emosiyasını göstərə bilir. Carl onun 17 eşşəyindən biridir.

Buna da bax: 'İki itə, bir pişiyə ayda 150 manat xərcləyirəm'

İneson-un bəzi heyvanı «Ən yaxşı çimərlik eşşəyi» mükafatını alıb.

O deyir ki, heyvanlarla sıx işləyirlər: «Günbəgün onların tərzləri, emosiyaları ilə bağlı qeydlər aparırıq», İneson bildirir.

«İaaaa»

«Merlin Events»in sözçüsü Chloe Couchman-ın sözlərinə görə, istifadə edilən tərcümə texnologiyası göstərir ki, eşşəklərin çıxardığı «iaaa» səsi onların həmin an nə hiss etdiklərini göstərir.

Özünün veb saytında eşşəklə öpüşdüyü şəklini paylaşan İneson yazır: «Gördüyünüz kimi mən eşşəkləri sevirəm və onları dünyada heç nəyə dəyişmərəm».

Quş dilini bil, bal tap

Göyərçin
Göyərçin

Mozambik meşələrində isə adamlar quş dilini öyrənib.

Əsrlər boyu genetik və mədəni adaptasiya insanları və vəhşi quşları bir səs altında işləmək vərdişi yaradıb: «Brrr-hm».

Bal axtaran adamlar bu səsi çıxaranda quşlar onlara cavab verir və onları arı yuvalarına istiqamətləndirirlər.

Bu barədə «Elm» jurnalı yazır.

Buna da bax: Bahalı quşları məmurlar alırlar [bazardan reportaj]

«Brrr-hm»

Uzun müddətdir müşahidə aparan tədqiqatçılar «brrr-hm» səsini digər səslərlə müqayisə edəndə məlum olub ki, bu səs bal axtaranları gizli arı yuvalarına daha doğru istiqamətləndirir, nəinki digər səslər. Əgər düzgün səs çıxarsan, düz balın üstünə çıxma ehtimalın 54 faizdir, yanlış səsdə isə bu ehtimal 16 faizdir.

Cambrigh Universitetinin bioloqu, tədqiqat müəllifi Claire Spottiswoode deyir ki, bu, vərdiş informasiyasının dəyişməsidir. Onun sözlərinə görə, bu, fərdi baş verir.

Claire Spottiswoode onu müşayiət edən şəxs düzgün səs çıxarana qədər arı yuvası tapa bilməyib. Tapanda isə balın ləzzətindən bihuş olub: «Çox dadlı, xoş ətirli bal idi», o, qeyd edir.

(ardı videodan sonra)

Buna da bax:

Quş bazarı: Satıcı göyərçinlərin fərqini izah edir
Gözlə

No media source currently available

0:00 0:00:48 0:00

«Bal qoxusu»

Bal axtaranların yuva tapması üçün nadir qabiliyyəti var. Tədqiqatçılar bu işin necə baş verdiyinə tamamilə əmin deyillər, ancaq hesab edirlər ki, bal axtaranları qoxu çəkib aparır, Claire Spottiswoode deyir. Arı yuvası tapmaqda «brrr-hm»ın rolunu qeyd etsələr də, tədqiqatçılar burda bir problem də görürlər: Yuvalar ağacların koğuşunda elə gizlənir ki, quşların bunu görməsi çətindir. Hətta görsələr, bu daha pis olur, arılar quşları sanca bilər ki, bu da çox vaxt ölümlə nəticələnir, tədqiqatçılar qeyd edirlər.

Regionda bal axtarıb tapmaqla yaşayan adamların yuvadakı balı götürmək üçün baltası və digər vasitələri var və onlar yuvanın yanında tüstü buraxırlar ki, arı sancmasından qorunsunlar.

Bununla belə, Tanzaniyada Yao adlandırılan yerli xalqın arı yuvası axtarışı heç də hər zaman uğurla nəticələnmir.

Buna da bax

Heyvan bazarının satıcıları danışır
Gözlə

No media source currently available

0:00 0:01:22 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG