Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:20

Rusiya atletləri ilə bağlı qərar hələ də verilməyib


Rio de Janeiro, Braziliya, 30/07/2016

Rio de Janeiro, Braziliya, 30/07/2016

Rusiya atletlərinin Rio-de-Janevrada keçiriləcək Olimpiya oyunlarına qatılıb-qatılmayacağı ilə bağlı son qərarı Beynəlxalq Olimpiya Komitəsinin xüsusi komissiyası verəcək.

Üç nəfərlik komissiya beynəlxalq federasiyaların verdiyi məlumat əsasında bütün siyahıya yenidən baxacaq.

Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Mark Adams deyib ki, komissiya hər atletin işini ayrıca qiymətləndirəcək və bundan sonra onun yarışa buraxılıb-buraxılmamasına qərar verəcək.

Buna da bax: Azərbaycan olimpiadada neçə qızıl qazana bilər?

Beynəlxalq Olimpiya Komitəsi iyulun 4-də qərar qəbul edib ki, bütün Rusiya idmançıları yarışdan kənarda qalmasın. Söhbət ayrı-ayrı idman növlərindən gedir, qərar yüngül atletlərlə bağlı məsələyə aid deyil. Yüngül atletlər komanda şəklində Oyunlardan uzaqlaşdırılıblar.

Rusiya idmançılarının dopinq qalmaqalından sonra Yay Olimpiya Oyunlarına qatılmasında təhlükə yaranıb.

Oyunlar avqustun 5-də Braziliyada başlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG