Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:23

Atəşkəslə bağlı 31 iyul açıqlaması


Dağlıq Qarabağda erməni postu
Dağlıq Qarabağda erməni postu

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi ümumilikdə 6 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan rayonundan Azərbaycan ordusunun Qazax və Ağstafa rayonlarındakı mövqeləri atəşə tutulub.

Bundan başqa, Berd rayonundan Tovuz rayonunun Əlibəyli kəndinin də vurulduğu açıqlanıb.

Nazirliyin bildirməsinə görə, Füzuli və Goranboy rayonları istiqamətlərindən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri hədəf seçilib

Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bu il mayın 16-da Vyanada keçirilən görüşdən sonra cəbhədə böyük hərbi əməliyyatlar dayanıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

XS
SM
MD
LG