Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:24

Ukrayna Krıma gedən fransalı deputatları tənqid edib


Sevastopol
Sevastopol

11 fransalı deputat Rusiyanın ilhaq etdiyi Krıma səfər ediblər, iyulun 29-dan 31-nə qədər burda olacaqlar.

Ukraynanın Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir ki, Fransa nümayəndə heyəti Ukrayna qanunvericiliyini, eyni zamanda beynəlxalq hüququ açıq-aşkar pozub. Bəyanatda vurğulanır ki, Fransa Ukraynanın ərazi bütövlüyünə və müstəqilliyinə etinasızlıq göstərib.

Kiyev fransalı deputatların Krıma səfərini Rusiyanın Ukraynaya qarşı aqressivliyinə dəstək kimi qiymətləndirirlər.

Fransa deputatları yerli əhali və liderlərlə görüşüblər, Rusiya Qara Dəniz Donanmasında olublar.

Qərb ölkələri, o cümlədən Fransa Ukraynanın müstəqilliyinə müdaxilə etdiyi üçün Moskvanı iqtisadi sanksiyalarla cəzalandırıblar.

XS
SM
MD
LG