Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 06:54

Fizika institutunda büdcə yeyintisi


Elmlər Akademiyası
Elmlər Akademiyası

Hesablama Palatası Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda büdcə vəsaitlərinin təyinatdan kənar xərclənməsi hallarını aşkar etdiyini bildirir.

Bu haqda Palatanın audit yoxlamalar barədə bilgilərində deyilir. Həmin bilgilər qurumun saytı üzərindən ictimaiyyətə açıqlanıb.

Palata qeyd edir ki, institutda işçilərə əlavə əməkhaqqı ödənilib. Xarici ölkələrdə keçirilən tədbirlərə qatılan yerli iştirakçıların sayının çox göstərilməsi yolu ilə büdcə vəsaitləri artıq xərclənib.

Bütün çatışmazlıqların aradan qaldırılması və nöqsanlara yol vermiş vəzifəli şəxslərin məsuliyyətə cəlb olunması barədə qərar qəbul edildiyi bildirilir.

Audit yoxlamaları 2013-15-ci illəri əhatə edib.

Hesablama Palatası son günlər AZAL-da, «Su və Meliorasiya» ASC-də, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsində, Lənkəran təhsil şöbəsində və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentində də pozuntular aşkarlandığını açıqlayıb.

Sözügedən qurumlar Hesablama Palatasının hesabatları ilə bağlı, hələlik, etiraz və ya hər hansı münasibət bildirməyiblər.

XS
SM
MD
LG