Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:32

X.İsmayılın apellyasiya şikayətinə baxılacaq


AzadlıqRadiosunun əməkdaşı, araşdırmaçı-jurnalist Xədicə İsmayılın Azərbaycandan çıxışına qadağa qoyulmasından verdiyi apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.

Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas avqustun 1-nə təyin edilib.

İşə hakim Vaqif Mursaqulovun sədrliyi ilə baxılmalıdır.

X.İsmayıl sınaq müddəti dövründə Azərbaycan hüdudlarından çıxışına qoyulan qadağanın götürülməsinə dair Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdi. Məhkəmə jurnalistin şikayətini təmin etməyib. O, həmin qərardan apellyasiya şikayəti verib.

X.İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunmuşdu. Jurnalist vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay həbs cəzası almışdı. Lakin o, ittihamları qəbul etmirdi və korrupsiya araşdırmalarına görə həbs olunduğunu bildirirdi.

X.İsmayıl mayın 25-də Ali Məhkəmənin qərarı ilə 3 il 6 ay şərti azadlıqdan məhrumetmə cəzası ilə sərbəst buraxılıb. Ancaq onun ölkədən çıxışına icazə verilmir.

Jurnalist iyulun əvvəllərində Tbilisidə Kütləvi İnformasiya Vasitələrinin XIII Cənubu Qafqaz konfransına da «Skype» vasitəsilə qatılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG