Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:21

Rusiya prezidenti Vladimir Putin iyulun 30-da Sloveniyaya gedir.

Sloveniya Krımın anneksiyasından sonra Moskva ilə münasibəti pisləşən NATO və Avropa Birliyinin üzvlərindən biridir.

Sloveniya Pitin-in səfərini qeyri-rəsmi adlandırıb. Putin Birinci Dünya müharibəsi ilə bağlı xatirə mərasimində iştirak edəcək.

Ancaq AB diplomatı «Reuters» agentliyinə bildirir ki, onlar Rusiyanın Sloveniya da daxil, bəzi Avropa Birliyi ölkələri ilə «dostyana lobbiçilik» aparıb, Moskvaya qarşı sanksiyalar qoyan Birliyi zədələyəcəyindən narahatdırlar.

Sloveniya prezidenti Borut Pahor TASS agentliyinə deyib ki, Putin-in səfəri inam və dialoq yaratmaq üçündür.

Borut Pahor-un sözlərinə görə, iki ölkə arasında mövqelərdən doğan bəzi fərqlər olsa da, ənənəvi dostluq münasibətləri var.

2 milyon əhalisi olan Sloveniya 1991-ci ildə Yuqoslaviyadan ayrılıb. 2004-cü ildə ölkə NATO və Avropa Birliyinin üzvü olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG