Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:05

Ukraynada keçmiş deputat həbs olunub


Oleksandr Yefremov
Oleksandr Yefremov

Ukraynada Ali Radanın Regionlar Partiyası fraksiyasının keçmiş rəhbəri Oleksandr Yefremov saxlanıb. O, Ukraynanın ərazi bütövlüyünə və toxunulmazlığına qarşı çıxmaqda şübhəli bilinir.

Bu barədə ölkə prokuroru Yuriy Lutsenko məlumat verib.

Yefremov Vyanaya uçarkən Kiyev aeroportunda saxlanıb. O, oğlu ilə birlikdə olub.

«Ukrainskaya Pravda» nəşri bildirir ki, Yefremov ilk dəfə 2015-ci ilin fevralında saxlanıb və 150 min dollarlıq girov müqabilində azadlığa buraxılıb. Ona qarşı müxtəlif cinayət ittihamları irəli sürülüb. Ancaq onlardan biri – düşmənçiliyi qızışdırmaq ittihamı geri götürülüb.

Avqustun 10-da Kiyevdə ona və partiyadaşı keçmiş deputat Oleksandr Stoyan-a, Ukrayna Kommunist Partiyasının keçmiş deputatı Sergei Gordienko-ya qarşı məhkəmə baxışı olacaq. Onlar 2014-cü ildə «diktatorçu qanunlar»ın qəbulunda ittiham olunublar.

Mayın əvvəlində Yefremov deyib ki, onun qollarından «elektron bilərziyi» çıxarıblar və xarici pasportunu geri qaytarıblar.

XS
SM
MD
LG