Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 09:25

Hillary Clinton prezident kampaniyasında yeni kiber-hücuma məruz qalıb.

Bu barədə ABŞ mətbuatı iyulun 29-da yazıb.

Son kiber-hücumlar Demokratik Milli Komitəyə və Demokratik Konqres Kampaniya Komitəsinə edilib.

ABŞ kəşfiyyatı rəsmiləri və özəl tədqiqatçılar güman edirlər ki, kiber-hücumu Rusiya dövlətinə işləyən casuslar edib. Hakerlər hücum zamanı rus olduqlarına və yalnız dövlətlərin istifadəsində olan vasitələrdən yararlandıqlarını göstərən izlər buraxıblar.

Narahatlıqlar var ki, ABŞ prezidenti Barack Obama-nın ötən həftə işarə etdiyi kimi, Rusiya ABŞ prezident seçkisinə də təsir etməyə çalışa.

Rusiya hökuməti bu ittihamları qəti şəkildə rədd edib.

Clinton-un kampaniyası təşkilatçıları deyirlər ki, məlumat bazasına hakerlər daxil olub, amma bilinmir ki, bu, beynəlxalq sistem vasitəsilə baş verib, ya yox.

Ölkənin federal hökuməti bununla bağlı araşdırma aparır.

Ötən həftə hakerlər Demokratik Milli Komitəsindən gedən elektron məktubları ələ keçirib yaymışdılar.

Günün bütün mövzuları

XS
SM
MD
LG