Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:59

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.

Nyu-Yorkun NYMEX (New York Mercantile Exchange) birjasında «Layt» markalı neftin 0.46 dollar bahalaşdığı bildirilir. İndi «Layt» markalı neftin bir barrelinin 43.64 dollara satıldığı qeyd edilir.

Londonun ICE (InterContinental Exchange Futures) birjasında «Brent» markalı neftin isə 0.24 dollar ucuzlaşaraq 44.60 dollara düşdüyü qeyd edilir.

AZƏRTAC xəbər verir ki, «AzəriLayt» markalı neft də 0.28 dollar ucuzlaşıb. Hazırda Azərbaycan neftinin 43.97 dollara satıldığı açıqlanıb.

Bir müddət öncə Azərbaycan nefti 50 dolları keçmişdi.

Azərbaycan neftinin «qızıl dövrü» 2008-ci ildə olub. Onda «AzəriLayt» markalı neftin bir barreli 149 dollara satılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG