Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 16:16

AzadlıqRadiosunun müxbirləri yaralanıb


Ermənistanda AzadlıqRadiosunun erməni xidmətinin 3 əməkdaşı yaralanıb.

İyulun 29-da Yerevanda etirazçılarla polis arasında baş verən qarşıdurmada radionun əməkdaşları da xəsarət alıb.

Karlen Aslanian, Hovannes Movsisian və Garik Harutiunian dəyənəkli mülkigeyimli şəxslərin hücumu ilə üzləşiblər.

Hovannes Movsisian-ın sözlərinə görə, polis olduğu güman edilən şəxs ondan çəkiliş apardığını soruşub. «Sən çəkiliş aparırsan?» deyən şəxs Movsisian-ı itələyib, kamerasına zərbə endirib və jurnalistliyi bildirən nişanı dartıb qoparıb: «Mən ona dedim ki, çəkilişi dayandıra bilərəm. Ancaq onlar məni döyürdülər», - mülkigeyimli şəxslərin əlindən güclə qaça bilən jurnalist sonradan bildirib.

Azad Avropa/Azadlıq Radiolarının prezidenti Thomas Kent jurnalistlərə hücumu pisləyib. T.Kent Ermənistan hakimiyyətini jurnalistlərə hücum edənlərə qarşı ədalət çərçivəsində ölçü götürməyə və jurnalistləri öz qanuni fəaliyyətlərini yerinə yetirməsi üçün müdafiə etməyə çağırıb.

Ermənistan DİN-in mətbuat katibi Ashot Aharonian Facebook postunda söz verib ki, jurnalistlərə hücum edənlər tezliklə tapılıb cəzalandırılacaqlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG