Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:40

Yerevanda zəbt edilmiş polis binasının ərazisində atışma olub


Foto arxiv

Foto arxiv

Yerevanda zəbt edilmiş polis binasının ərazisində atışma olub.

1 nəfərin yüngül yaralandığı bildirilir.

Bu barədə iyulun 29-da polisin ictimaiyyətlə əlaqə şöbəsinin rəisi Aşot Aqaronyan məlumat verib.

Onun sözlərinə görə ərazidən atəş açılıb, polis cavab atəşi açıb və nəticədə atəş açanlardan biri Araik Xandoyan yaralanıb.

Amma binadakı silahlı qrupun üzvü Varujyan Avetisyan AzadlıqRadiosunun erməni xidmətinə polisə atəş açmadıqlarını bildirib.

O, hazırda həkimlərin yaralıya kömək göstərdiklərini deyir.

Qeyd edək ki, bir qrup silahlı iyulun 17-də Erebunidəki polis binasını zəbt ediblər.

Onlar prezident Serzh Sarkisianın istefası və “Təsis parlamenti” hərəkatının lideri Jirayr Sefilyanın azad olunmasını tələb edirlər.

Yaraqlılar binanı zəbt edərkən 1 polis əməkdaşı ölüb, 3-ü isə yaralanıb.

Sonradan onlar bütün girovları azad ediblər.

Həmin gündən bu yana binanın ətrafında etiraz aksiyaları keçirilir.

Polislə aksiyaçılar arasında baş verən toqquşmalarda 50-dək adam xəsarət alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG