Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 15:57

Pulyuyulması riski ən çox olan ölkələr İran, Əfqanıstan, Tacikistan, Qvineya-Bissau, Myanmar və bir sıra Afrika ölkələridir.

Azərbaycan 149 ölkə arasında pulyuma riskinə görə axırlardadır- 118-ci yerdədir. Yəni bu risk azdır. Bu, Montenegro, Makedoniya səviyyəsidir. Gürcüstanda pulyuma riskləri Azərbaycandan cüzi azdır. Gürcüstan 123-cü yerdədir. Ermənistan isə lap axırdadır – 143-cü yer.

Dünyada pulyuma riski ən böyük olan ölkə isə İrandır.

Bütün bunları Bazel İdarəçilik İnstitutu özünün 5-ci illik “Bazel Pulyuma Əleyhinə İndeks” hesabatında yazır.

Hesabata görə pulyuma riski ən az olan ölkə Finlyandiyadır. Onun ardınca Litva və Rstoniya gəlir. Rusiya qabaqlardadır – 58-ci yer. Qazaxıstan 75-cidir.

Hesabatda deyilir ki, dünyanın maliyyə mərkəzləri olan Lüsemburq, Yaponiya, İsveçrə, Almaniya, ABŞ , Fransa, Britaniya kimi ölkələr pulyuma əleyhinə öz göstəricilərində son bir ildə əhəmiyyətli irəliləyiş etməyiblər.

XS
SM
MD
LG