Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 16:16

BVF Ukraynaya krediti yubadır


Ukraynanın xarici borcları və BVF ilə münasibətləri, infoqrafika

Ukraynanın xarici borcları və BVF ilə münasibətləri, infoqrafika

-

Beynəlxalq Valyuta Fondu (BVF) bildirir ki, Ukraynaya kreditin bərpasıyla bağlı hələlik qərar verməyib. Kreditin ayrılması ötən il, korrupsiya sarıdan narahatlıqlara görə saxlanıb.

BVF sözçüsü William Murray iyulun 28-də bildirib ki, fondun idarə heyəti iki həftəlik fasilədən qayıdana, yəni azı, avqustun ortasınadək məsələ səsverməyə çıxarılmayacaq. Söhbət Ukraynaya 17,5 milyard dollarlıq kreditin növbəti hissəsinin ayrılmasından gedir.

Daha öncə qurum bildirmişdi ki, proses sona yaxınlaşır və iyulda nəzərdən keçirilə bilər.

Ötən ilin avqustundan BVF Ukraynaya pul ayırmayıb. Bu kredit isə ötən ilin aprelində təsdiqlənib.

BVF Ukraynada islahatların sürətindən narazıdır. İndiyədək Kiyev kreditin 6,7 milyard dollarını ala bilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG