Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:07

Hava istiləşəcək


Foto illüstrasiya
Foto illüstrasiya

İyulun 30-u Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, Abşeronda gecə 20-23, gündüz 27-31, Bakıda gecə 21-23, gündüz 28-30 dərəcə isti olacaq.

İyulun 30-da ölkənin bəzi rayonlarında gecə və axşam şimşək çaxacağı, yağış yağacağı qeyd edilir. Gecə 18-23, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 16-21 dərəcə isti ehtimal edilir.

Bu gün - iyulun 29-da Bakıda gündüz 26-28 dərəcə isti olduğu bildirilir.

XS
SM
MD
LG