Keçid linkləri

Təcili xəbərlər

Facebook ən bahalı şirkətlər arasında 5-ci yerə çıxdı


arxiv
arxiv

Sosial media saytı Facebook, səhmlərinin bahalaşması sayəsində dünyanın ən bahalı 5-inci şirkəti olub.

İkinci rübdə mənfəəti və gəliri gözləntilərdən yuxarı olmuş Facebook-un Nyu-York birjasında səhminin qiyməti şirkət tarixinin ən yüksək səviyyəsi olan 128,33 dollara qədər yüksəlib və şirkətin bazar dəyəri 362,5 milyard dollara çatıb.

Bununla da Facebook məşhur maliyyəçi Warren Buffettın rəhbərlik etdiyi Berkshire Hathaway Holdinqin bazar dəyərini keçib.

Buffetin Holdinginin bazar qiyməti 355 milyarddır.

Beləliklə, Facebook, Berkshire Hathaway-i geridə qoyaraq dünyanın ən dəyərli 5-inci şirkəti mövqeyinə yüksəlib.

Dünyanın ən bahalı şirkəti Apple-dır. İkinci yerdə Google-un bağlı olduğu Alphabet şirkəti gəlir. Üçüncü yeri Microsoft, dördüncü yeri isə Exxonmobil neft şirkəti tutur.

Facebook, açıqladığı 2016-nın ikinci rüb balansında, ötən ilin eyni dövrü ilə müqayisədə, gəlirlərinin 59 faiz, xalis mənfəətinin də 186 faiz artdığını açıqlamışdı.

Gündəlik aktiv istifadəçi sayı 2016-nın ikinci rübündə orta hesabla 1,13 milyard nəfərə çatan Facebookun aylıq aktiv istifadəçi sayı da eyni dövrdə 1,71 milyard nəfərə yüksəlmişdir.

Bundan başqa, Facebook-un ikinci rüb reklam gəlirləri 6,24 milyard dollara çatıb. Sözügedən gəlir, ötən ilin aprel-iyun dövründə 3,83 milyard dollar olmuşdu.

XS
SM
MD
LG