Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:06

-

Bu ilin yanvar-may aylarında Əfqanıstan hökuməti ərazisinin beş faizi qədərini itirib. Həm də bu ABŞ qüvvələrinin ölkədə qalmağına baxmayaraq baş verib.

Hesabatı ABŞ hökumətinin agentliyi iyulun 29-da yayıb.

Əfqanıstanın Yenidənqurulması üzrə Xüsusi Baş Müfəttişin hesabatında deyilir ki, yanvarda hökumət bölgələrin 70,5 faizinə nəzarət edirdisə, mayda bu, 65,6 faizə düşüb.

Əfqanıstandakı ABŞ qüvvələrinə istinad edən hesabatda bildirilir ki, ərazilərin Talibanın əlinə keçməsinin səbəbi qüvvələrin az əhəmiyyətli sayılan ərazilərdən köçürülməsi, hücum əməliyyatlarına cəlb olunmasıdır.

Əfqanıstandakı ABŞ qüvvələrinin komandiri John Nicholson-un sözlərinə görə, Talibanın nəzarətində daha çox kənd yerləridir.

Hesabatda o da vurğulanır ki, Talibana ərazi itirməklə yanaşı, əfqan ordusu İslam Dövləti, Özbəkistan İslam Hərəkatı kimi silahlı qruplaşmaların da təzyiqi altındadır.

Bu il Əfqanıstanda 8 min 400 Amerika əsgəri qalacaq. Bunu iyulun əvvəlində ABŞ Prezidenti Barack Obama açıqlayıb. Daha öncə gələn ilin yanvarınadək hərbçilərin sayının 5 min 500-ə salınması nəzərdə tutulurdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG