Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 12:46

-

Al-Qaeda təşkilatının Suriya qanadı olan Al-Nusra Cəbhəsi bildirir ki, ana qurumdan ayrılır. Görünür, qurum Rusiya və ABŞ hava zərbələrindən yayınmaq istəyir.

Al-Qaeda-nın qanadları və İslam Dövləti qruplaşması Suriyada atəşkəs razılaşmasından və sülh danışıqlarından çıxarılıb və onlara hava zərbələri endirilir.

Suriyadakı qruplaşmanın lideri Abu Mohamad al-Jolani iyulun 28-də Al-Jazeera televiziyasına deyib ki, bundan sonra Jabhat Fateh al-Sham adlanacaq və “xarici tərəfdaşlarla əlaqə saxlamayacaq”.

Al-Qaeda liderləri isə ayrıca bəyanat yayaraq bu parçalanmanı “İslam adını saxlamağa” çağırıb. Amma Suriya qrupu İslam qanunları əsasında şəriət qurmaq niyyətindən əl çəkməyib.

ABŞ rəsmiləri bu dəyişikliyə şübhəylə yanaşıblar.

ABŞ kəşfiyyatının rəhbəri James Clapper bunu “ictimaiyyətə yönəlik addım” adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG