Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:20

-

Ukraynanın BMT-dəki səfiri ABŞ-da respublikaçılardan prezidentliyə namizəd Donald Trump-ın Krımla bağlı dediklərini rədd edib.

Trump iyulun 27-də deyib ki, Rusiyanın Ukraynadan ilhaq etdiyi Krım vilayətini tanımağı nəzərdən keçirərdi. Bu ilhaqı dünyanın əksər ölkələri pisləyib.

“Cənab Trump ABŞ-ın prezidenti deyil, hər halda, hələ ki, deyil”, səfir Volodymyr Yelchenko iyulun 28-d Nyu Yorkda deyib. O, BMT-nin Təhlükəsizlik Şurasını çağırıb ki, Rusiyanın Krımı cənubi Rusiyaya birləşdirməklə bağlı addımını qanunsuz adlandırsın və bir daha yarımadanın Ukraynaya məxsus olduğunu elan etsin.

“BMT 2014-vü ildəki ilhaqı qanunsuz adlandırıb. Əminəm ki, ABŞ-da istənilən hökumət bu qərarlara tam hörmətlə yanaşacaq”, Yelchenko söyləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG