Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:07

-

Türkiyədə uğursuz çevriliş cəhdindən sonra orduda aparılan təmizləmə İslam Dövləti (İŞİD) qruplaşmasına qarşı ABŞ-ın hərbi və kəşfiyyat əməliyyatlarında əməkdaşlığı əngəlləyir. Bunu ABŞ rəsmiləri iyulun 28-də deyib.

ABŞ Milli Kəşfiyyatının direktoru James Clapper və ABŞ Mərkəzi Komandanlığının rəhbəri general Joseph Votel Koloradoda Aspen Təhlükəsizlik Forumunda danışıblar. Vurğulayıblar ki, bu təmizləmə nəticəsində ABŞ-a İŞİD-lə mübarizədə kömək edən bir sıra zabitlər kənarlaşdırılıb və həbsə atılıb.

İyulun 15-dəki uğursuz çevriliş cəhdindən sonra Prezident Recep Tayyip Erdogan NATO-nun ikinci böyük ordusunda böyük dəyişikliklər edib, iyulun 28-də isə ordunu tamamilə nəzarətinə alıb. 1700-dək hərbi personal həmin cəhddə iddia olunan roluna görə işindən kənarlaşdırılıb, onlardan 40 faizə qədəri admiral və generallardır. Türkiyənin 360 generalından üçdə biri saxlanıb.

Clapper deyib ki, onlarla əməkdaşlıq edənlərin çoxu saxlanıb, işdən çıxarılıb. “Bu prosesin dayanacağı mümkün görünmür, türklərlə əməkdaşlığımız daha da çətinləşəcək”.

Günün bütün mövzuları

XS
SM
MD
LG