Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 09:01

Clinton namizədliyi rəsmən qəbul edir


Hillary Clinton (solda) və Donald Trump

Hillary Clinton (solda) və Donald Trump

-

Hillary Clinton ABŞ Demokratlar Partiyasından prezidentliyə namizədliyi rəsmən qəbul edib.

Clinton-un iyulun 28-də etdiyi çıxış demokratların dörd günlük qurultayının kulminasiya nöqtəsinə çevrilib. Bu, artıq çoxlarının ABŞ tarixində ən bahalı və “ən iyrənc” olacağını gözlədiyi seçkinin başlanğıcını qoymuş olub.

“Ölkəmizin nəyə qarşı dayandığını açıq gözlə görürük. Amma qorxmuruq. Həmişəki kimi, bu problemin qarşısında dayanacağıq”, Clinton çıxışında deyib.

Qurultayın sonuncu günündə Əfqanıstanda qüvvələrə rəhbərlik etmiş general, İraqda öldürülmüş müsəlman amerikalının atası, Clinton-un qızı Chelsea çıxış edib.

Seçkidə Clinton-un rəqibi Demokratlar Partiyasından Donald Trump olacaq. O, daha çox qalmaqallı bəyanatları ilə diqqət mərkəzindədir.

XS
SM
MD
LG