Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:26

Rüstəm İbrahimbəyov referendumdan yazdı: "Monqol-tatar..."


Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov

►“Azərbaycanda bərqərar olan idarəçilik sistemi monqol-tatar imperiyasının olduğu bütün əraziyə xasdır

Yüzilliklər ərzində burda dövlət quruluşlarının konfiqurasiyası dəyişib. Ölkələr müxtəlif ideoloji görkəm alıb, ancaq bu günə qədər orda hakimiyyətlərin mahiyyəti dəyişilməz qalır”.

Kinodramaturq, Milli Şuranın fəxri sədri Rüstəm İbrahibəyov son dövrlər ölkədə baş verənlərlə bağlı belə yazır.

Buna da bax - İlham Əliyev oğlunu prezident edir? Konstitusiya dəyişdirilir

R.İbrahimbəyov qeyd edir ki, Çingizxanın dövründən hər növbəti hökmdarın hakimiyyəti korrupsiya və cəza dayaqlarının üzərində qurulub.

“Korrupsiya hökmdarın əlində hədsiz maliyyə imkanları cəmləşdirir. Düşmənlər cəzalandırılır, hətta onlar olmasa belə. Bu gün keçmiş monqol tatarları imperiyası ərazisində mövcud olan ölkələr ilk baxışda bir-birindən fərqlənir. Amma doğuşda genetik keyfiyyətlərinin 50 faizini atadan alan fərqli yumurta əkizləri kimi, dərinlikdə onlar bir-birinin eynidir. Onların arasında elələri var ki, orda insan haqları ilə bağlı vəziyyət Azərbaycandan pisdir ”, deyə R.İbrahimbəyov vurğulayır.

Ancaq o, yazır ki, bu günlərdə vəziyyətin dəyişəcəyi ilə bağlı real təhlükə yaranıb.

Buna da bax: Milli Şura referendum əleyhinə təşviqat aparacaq

Azərbaycan Konstitusiyasına sayca üçüncü dəyişikliklərin təklifi, xalqın hüquqsuzluğunun və hökmdarın məhdudiyyətsiz hakimiyyətinin möhkəmlənəcəyinin real təhlükəsini yaradır. Vətəndaşların hüquqlarının müdafiəsi üçün yaradılan Konstitusiya hakimiyyətin bütün hərəkətlərinə bəraət qazandıran qanunlar külliyyatına çevrilib”, deyə R.İbrahimbəyov qeyd edir.

R.İbrahimbəyov referendumun rəmzi məzmun daşıdığını ifadə edib.

“Seçki orqanlarımızın istənilən səsvermənin nəticələrini manipulyasiya etmək bacarığı hamıya məlumdur. Hamıya məlumdur ki, bu hiyləyə mane olmaq üçün istənilən cəhdləri hakimiyyət dövlət əleyhinə fəaliyyətin təzahürü kimi qəbul edir. Belə bir faciəvi sual yaranır: yaranmış vəziyyətdə ölkəmizin vətəndaşları nə etməlidirlər?!”, deyə kinodramaturq sual edir.

Referendum sentyabrın 26-da keçiriləcək.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində aşağı yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG