Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:56

Qazaxıstanın Janaozen şəhərində yüzlərlə netçi əməkhaqlarının ixtisarına etiraz olaraq aksiyaya çıxıb.

Təşkilatçıların sözlərinə görə, iyulun 28-də keçirilən etiraz aksiyasında 700-dək neftçi iştirak edib.

Onlar “Burgylau” neft şirkətinin işçiləridir.

Aksiyaçıların sözlərinə görə şirkət iş vaxtının qısaldılmasını planlaşdırır ki, bu maaşların ixtisarına səbəb olacaq.

Şirkət buna səbəb kimi dünya bazarında neftin qiymətinin düşməsini göstərir.

Aksiyaçılardan biri Akılbek Nurlıbayev həmçinin ilin birinci yarısından bu yana 66 nəfərin işdən çıxarıldığını bildirir.

Şirkətin rəhbəri Asxat Sarıyev, bir sıra yüksək rütbəli məmur və həmkarlar ittifaqının nümayəndələri etirazçılarla görüşdükdən sonra aksiyaçılar dağılışıb.

Amma şirkətin ixtisar planını dayandırıb-dayandırmayacağı hələ ki, bəlli deyil.

Qeyd edək ki, 2011-ci ildəbu şəhərdə etiraz aksiyasına çıxan neftçilərlə polis arasında baş verən toqquşmalarda 10 nəfər həlak olmuş, 80-dən çox adam yaralanmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG