Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 11:09

Yerevandakı polis binasını zəbt edən “Sasna Tsrer “ adlı silahlı qrupun rəhbəri Aram Manukyan barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.

Bunu Aram və onun oğlu Pavel Manukyanın vəkili İnessa Petrosyan AzadlıqRadiosunun erməni xidmətinə müsahibəsində bildirib.

Qeyd edək ki, Aram və Pavel Manukanyan iyulun 26-da zəbt etdikləri polis binasında təhlükəsizlik qüvvələri ilə atışmada yaralanaraq xəstəxanaya götürülüblər.

Həmin vaxt həmçinin qurupun daha 2 üzvünün könüllü təslim olduqları bildirilir.

Qeyd edək ki, bir qrup silahlı iyulun 17-dən Erebunidəki polis binasını zəbt ediblər.

Həmin gündən bu yana binanın ətrafında etiraz aksiyaları keçirilib.

Polislə aksiyaçılar arasında baş verən toqquşmalarda 50-ə yaxın adam xəsarət alıb.

Onlar prezident Serzh Sarkisianın istefası və “Təsis parlamenti” hərəkatının lideri Jirayr Sefilyanın azad olunmasını tələb edirlər.

Yaraqlılar binanı zəbt edərkən 1 polis əməkdaşı ölüb, 3-ü isə yaralanıb.

Sonradan onlar bütün girovları azad ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG