Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:45

Ermənistanda “Təsis parlamenti” hərəkatının daha bir fəalı saxlanıb


Alek Enigomshian

Alek Enigomshian

Ermənistanda müxalifətdə olan “Təsis parlamenti” hərəkatının üzvü Alek Eniqomşyan saxlanıb.

Bu barədə AzadlıqRadiosunun erməni xidmətinə onun vəkili Nikolay Baqdasaryan məlumat verib.

Eniqomşyan iyulun 17-də Yerevanda polis binasını zəbt edən silahlı qrupla əlbir olmaqda şübhəli bilinir.

Vəkil ilkin istintaq zamanı qanun pozuntularına yol verildiyini deyir.

O, ombudsmana müraciət etdiyini və onunla birlikdə istintaq təcridxanasına baş çəkəcəyini bildirib.

Qeyd edək ki, bir qrup silahlı iyulun 17-də Erebunidəki polis binasını zəbt ediblər.

Onlar prezident Serzh Sarkisianın istefası və “Təsis parlamenti” hərəkatının lideri Jirayr Sefilyanın azad olunmasını tələb edirlər.

Yaraqlılar binanı zəbt edərkən 1 polis əməkdaşı ölüb, 3-ü isə yaralanıb.

Sonradan onlar bütün girovları azad ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG