Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 03:48

Türkiyənin baş naziri Binali Yıldırım iyulun 28-də Ali Hərbi Şura-nın toplantısını keçirib.

Bu, 15 iyul çeviriliş cəhdindən sonra baş nazirin rəhbərliyi ilə şuranın ilk iclasıdır.

Türkiyə hakimiyyəti qiyam cəhdindən sonra 1700 hərbçi işdən kənarlaşdırılıb və 131 kütləvi informasiya vasitəsini bağlayıb.

Bundan başqa hərbçilər, hakim, müəllim və dövlət qulluqçuları da daxil olmaqla 60 mindən çox adam işdən kənarlaşdırılıb və ya saxlanılıb.

Türkiyə hakimiyyəti dəfələrlə bəyan edib ki, bu qiyamın arxasında, hazırda ABŞ-da yaşayan Fətullah Gülen durur.

Hakimiyyət ölkədə təqib olunanların Gülenin rəhbərlik etdiyi “Hizmət” hərəkatının üzvləri olduqlarını deyir.

“Sozçü” qəzetinin Ankara bürosunun rəhbəri Sayğı Öztürk deyir ki, hərbi şuranın iclasının kabinetdə keçirilməsi, artıq siyasətçilərin hərbçilərə inanamının azalmasından xəbər verir.

O həmçinin ölkədə kütləvi həbslərin daha da artacağını deyir.

15 iyul qiyamında 240-dan çox adam ölüb, 2 mindən çox adamsa yaralanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG