Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:41

Əsgər Fərhadinin yeni filmi indi də Toronto film festivalında


"Satıcı" filmindən bir kadr.
"Satıcı" filmindən bir kadr.

-

Tanınmış İran rejissoru və ssenaristi Əsgər Fərhadinin sonuncu blokbasteri "Satıcı" ("Forushande") 41-ci Toronto Beynəlxalq Film Festivalında xüsusi təqdimatda ilə göstəriləcək. Festival Kanadanın Toronto şəhərində Sentyabrın 8-dən 18-nə kimi keçiriləcək. Bu haqda "TehranTimes" xəbər yayıb.

2016-cı ildə çəkilmiş "Satıcı" bundan öncə 69-cu Kann festivalında iştirak etmiş, ən yaxşı ssenariyə görə Fərhadi və ən yaxşı aktyor oyununa görə Shahab Hosseini festivalın mükafatına layiq görülmüşdür. Həmçinin iyul ayının əvvəlində film Münhen Beynəlxalq Film Festivalının mükafatını qazanmışdı.

Buna da bax: «İranlı rejissorlar bizi aldadırlar...»

"Satıcı" sosial dram janrında çəkilib. Film Emad (Hosseini) və Rana (Taraneh Alidusti) adlı cütlüyün Tehranda yeni evə köçməsindən sonra, evin əvvəlki kirayənişinləri ilə baş verən insidentdən sonra, sakit xarakterli Emadın kökündən dəyişib sərt birinə çevrilməsindən bəhs edir. Film İran cəmiyyətində ictimai dəyişikliklərin anatomiyasını əks etdirir, cəmiyyətin ailələrə təsirini araşdırır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG