Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 19:22

ABŞ prezidenti Barack Obama Hillary Clintonu ölkənin tarixində prezidentliyə ən yaxşı namizəd adlandırıb.

Obama Denokrat partiyasının qurultayında deyib ki, Hillary bu vəzifəyə, ondan və Bill Clintondan daha münasibdir.

“Onu nəqədər sındırmaq istəmələri vacib deyil, o heç vaxt təslim olmayacaq. Bu mənim tanıdığım, heyran olduğum Hillarydir. Buna görə də qəti şəkildə əminəm ki, heç bir kişi, heç bir qadın, nə mən, nədə ki, Bill heç vaxt bu vəzifəyə Hillary Clinton qədər münasib ola bilməz.”.

Obamanın çıxışını Hillarynin həyat yoldaşı, keçmiş prezident və Demokrat partiyasının üzvü Bill Clinton da alıqışlayıb.

Obama çıxışında, həmçinin Hillary Clintonun Respublikaçılar partiyasından olan rəqibi Donald Trumpu kəskin tənqid edib.

Trump seçkiqabağı kampaniyalar zamanı Amerikanın böyüklüyünü özünə qaytaracağını vəd edib.

“Amerika artıq böyük, onsuz da güclüdür. Və əlbəttə bizim gücümüz və böyüklüyümüz Donald Trumpdan, əslində bütün bunlar ayrılıqda bir nəfərdən aslı deyil”.

Obama qeyd edib ki, Amerika xalqına idarə edən adam lazım deyi.

O Trumpu, dini dözümsüzlülük və Amerika dəyərlərinə xəyanətdə günahlandırıb.

“Builki seçkilərdə xahiş edirəm mənə qoşulun. Arsızlıq və qorxunu rədd etmək, yaxşıya üz tutmaq və Hillary Clintonu növbəti prezident seçmək”.

Demokrat partiyasından prezidentliyə rəsmi namizəd seçilən Hillary Clinton Obamanın çıxışından sonra səhnəyə çıxaraq onu qucaqlayıb.

Şərhləri göstər

XS
SM
MD
LG