Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:41

SOCAR-ın baş payçısı olduğu 'Petkim'in rəhbəri həbs edilib


SOCAR
SOCAR

İyulun 15-də Türkiyədə baş verən çevriliş cəhdindən sonra başlanan həbslər dalğası «Petkim (PetroKimya) Holding»ə də çatıb. Əsas payçısı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) olan holdinqin iyulun 27-də istefa verən baş direktoru və İdarə Heyətinin üzvü Sadettin Korkut həbs edilib. Şirkətin məlumatına görə, S.Korkut-un yerinə SOCAR-ın Yunanıstandakı törəmə şirkətinin (SOCAR Greece) icraçı direktoru Anar Məmmədov təyin olunub.

SOCAR rəsmiləri işdən çıxarılmaları «kadr islahatları» ilə əlaqələndirsə də, Türkiyə mediası həbslərin çevriliş cəhdindən qaynaqlandığını yazır. SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyevin sözlərinə görə,«SOCAR Turkey Energy» şirkətində kadr islahatları çərçivəsində işdən çıxarılan başqa rəhbər vəzifəli şəxslər də var: «Onlardan birinin şikayəti əsasında «Petkim (Petrokimya) Holding A.Ş.»nin sabiq baş icraçı direktoru Sadettin Korkut-u hüquq-mühafizə orqanları saxlayıb».

Buna da bax: Azərbaycan Avro-2016-dan pul qazanıb?- 'Bizi dolayıblar'

«BİRİNCİ RÜBÜN NƏTICƏLƏRİ MÜSBƏT İDİ»

Bu həbslərdən sonra şirkətin bazar dəyərini qoruyub-qorumayacağı suallı qalır. Maliyyə bazarları eksperti Cəfər İbrahimli sözügedən şirkətin bu il yaxşı nəticələr göstərdiyini söyləyir: «Hələ 2-ci rüb hesabatları açıqlanmayıb. Amma 1-ci rübün nəticələri müsbət idi. Zatən bu il səhmləri də 45 faiz yüksələrək tarixi zirvəsinə çatıb. Bu hadisədən sonra səhmlərin dəyərində ciddi düşmə qeydə alınmaması mənə də maraqlı gəldi».

«ŞİRKƏTİN FƏALİYYƏTİ İLƏ BİRBAŞA ƏLAQƏSİ YOXSA...»

Ekspert belə olaylar barədə xəbərlər yayılınca birjada səhm dəyərinin kəskin düşdüyünü bildirsə də, fikrini belə tamamlayır: «Amma «Petkim»də, hələlik, bunu görmürük».

Onun sözlərinə görə, iyulun 27-də - bazarlar açılandan sonra səhmlər 1.5 faiz aşağı qiymətləndirilib, amma son yarım saatdakı toparlanma itkini ortadan qaldırıb: «İndi hüquq-mühafizə orqanlarının qərarını gözləmək lazımdır. Çevriliş tərəfdarlarının ölkənin bütün strukturlarına sızdığı təsəvvürü yaranıb. «Petkim»dəki adamlar fərdi fəaliyyəti baxımından həbs olunubsa, yəni şirkətin fəaliyyəti ilə birbaşa əlaqəsi yoxsa, o zaman həbs və işdən çıxarmaların bu şirkətin fəaliyyətinə təsir etməyəcəyini düşünürəm».

27 NƏFƏR İŞDƏN ÇIXARILIB

«Petkim (Petrokimya) Holding A.Ş.»nin müxtəlif departamentlərində çalışan 27 nəfər işdən azad olunub.

APA xəbər verir ki, bu barədə «SOCAR Turkey» şirkətinin İdarə Heyətinin sədri Vaqif Əliyevin açıqlamasında deyilir.

«SOCAR rəhbərliyi Türkiyənin bu çətin günlərdən güclənərək çıxacağına inanır. Biz bütün enerjimizlə Türkiyənin yanında olmaq üçün buradayıq. Yatırımlarımıza da davam edəcəyimizi bildirmək istəyirik», - deyə V.Əliyev bildirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG