Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:20

Rusiyaya kaset silahları ittihamı


Hmeimim bazasında Su-25 təyyarəsi kaset bombalarıyla birlikdə

Hmeimim bazasında Su-25 təyyarəsi kaset bombalarıyla birlikdə

-

Human Rights Watch beynəlxalq insan haqları təşkilatı Rusiya hərbi hava qüvvələrinin Suriyada kaset silahlarından istifadə etməsi barədə yeni hesabat hazırlayıb.

Qurum bildirir ki, mayın 27-dən iyulun 25-dək Suriyada aviabombalar, raketlər və digər kaset silahlarından azı 47 dəfə istifadə edilib. Nəticədə onlarla dinc sakin həlak olub.

Hesabata Termanin şəhəri üzərində Su-34 döyüş təyyarəsinin fotosu salınıb, həmin anda kaset bombaları ilə zərbələr endirir. Belə təyyarələr Rusiya Silahlı Qüvvələrinin tərkibindədir, Bashar al-Assad ordusunda yoxdur.

Daha öncə Amnesty International və Human Rights Watch Rusiyanın bir neçə dəfə beynəlxalq konvensiyalarla qadağan olunmuş silahlardan istifadə etdiyini bildirib. Müdafiə Nazirliyi rəsmisi İqor Konashenkov israrla bildirir ki, Hmeymim bazasında kaset bombası yoxdur və Rusiya aviasiyası Suriyada onlardan istifadə etmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG