Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:46

-

Şimali Koreyanın ABŞ-la münasibətlər üzrə baş rəsmisi Vaşinqtonu gərginlik yaratmaqda ittiham edib. Səbəb Şimali Koreya lideri Kim Jong Un-un sanksiya siyahısına salınmasıdır.

İyulun 28-də “Associated Press” agentliyinə müsahibəsində Han Song Ryol deyib ki, ABŞ-ın son hərəkətləri Koreya yarımadasında durumu müharibə həddinə çatdırıb.
Xarici İşlər Nazirliyinin departamenti rəhbəri olan Han xəbərdarlıq edib ki, gələn aya planlaşdırılan ABŞ-Cənubi Koreya birgə təlimləri ciddi qarşıdurmaya gətirə bilər.

Birləşmiş Ştatlar və Cənubi Koreya vaxtaşırı hərbi təlimlər keçirirlər.

Han-ın sözlərinə görə, Kim-in sanksiya siyahısına salınması son damladır.
İyulun 6-da Vaşinqton Kim-i digər rəsmilərlə birlikdə sanksiya siyahısına salıb, onları məhkəməsiz ölüm, məcburi əmək və işgəncə daxil kobud insan haqlarında suçlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG