Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 14:14

-

Qazaxıstanda yüzlərlə neftçi gözlənən maaş kəsiminə etiraz olaraq ikisaatlıq tətil ediblər. Aksiya ölkənin qərbindəki Janaozen şəhərində baş verib.

Təşkilatçıların sözlərinə görə, iyulun 28-də səhər Burqilau qazma şirkətinin 700 fəhləsi tətilə çıxıb.

Şirkət iş saatlarının və buna uyğun olaraq maaşların azalacağını bildirib və bu addımına dünyada neftin ucuzlaşmasının səbəb olduğunu bildirir.

“İş saatlarımız azalır”, aksiyaya qatılmış fəhlə Akylbek Nurlybaev deyir. “İlin birinci yarısında 66 nəfəri ixtisar ediblər”.

Şirkət rəhbəri Askhat Sariev, şəhər rəsmiləri, həmkarlar ittifaqı təmsilçiləri danışıqlara gələndən sonra tətil dayanıb. Sariev deyib ki, tətilin arxasında duran fəalların işdən çıxarılacağı barədə şayiələr əsassızdır.

Şirkətin iş saatını azaltmaq planından əl çəkib-çəkmədiyi bəlli deyil.

2011-ci ildə Janaozendə neftçilərlə hökumət qüvvələri toqquşub, ölənlər olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG