Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 23:05

-

İyulun 27-də Suriyanın şimalında, əsasən kürdlərin yaşadığı Qamışlı şəhərində bomba partlayışı törədilib, azı 67 nəfər həlak olub, 185-dən çox adam yaralanıb.

Tibbi işçiləri ölü sayının artacağını istisna etmirlər, çünki çökmüş binanın dağıntıları altından meyitlər çıxarılmaqdadır.

Hücuma görə məsuliyyəti İslam Dövləti (İŞİD) qruplaşması üzərinə götürüb.

Yerli sakinlərin sözlərinə görə, şəhərin qərb kənarında bomba qoyulmuş yük maşını partladılıb, xeyli sayda dinc sakin ölüb.

Qamışlı sakini Suleiman Yussef deyib ki, hadisə yerindəki əksər binalara ciddi ziyan dəyib. Bu, Suriyadakı 5 illik müharibə dövründə Qamışlıda törədilmiş ən ağır hücumdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG