Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 23:04

-

ABŞ Prezidenti Barack Obama deyir ki, Hillary Clinton prezidentliyə istisna dərəcədə uyğun namizəddir.

“ABŞ prezidentliyinə Hillary Clinton-dan daha çox uyğun gələn kişi, ya qadın olmayıb, nə mən, nə Bill (Clinton) bu posta daha uyğun olmamışıq”, Obama Filadelfiyada Demokratların qurultayında söyləyib.

Clinton bir gün öncə prezidentliyə rəsmən namizəd olub.

Obama deyib ki, Clinton “Birləşmiş Ştatların növbəti baş komandanı olmağa layiqdir və hazırdır”.

“Heç nə səni həqiqətən də Oval Ofisin tələblərinə hazırlamır. Bu barədə oxuya bilərsən, öyrənə bilərsən. Amma o masada oturmayanadək qlobal böhranın, gəncləri müharibəyə göndərməyin nə olduğunu bilmirsən. Amma Hillary həmin otaqda olub; qərarların çıxarılmasında iştirak edib”.

Prezident Obama və digər çıxışçılar Clinton-un respublikaçılar partiyasından rəqibi Donald Trump-ı sərt tənqid edib. Vitse prezident Joe Biden onu “diktatorlara” rəğbət bəsləməkdə ittiham edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG