Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:40

-

İyulun 27-də Ermənistanda polis səhiyyə naziri Armen Muradyan-ı polis idarəsini tutmuş silahlılarla görüşə buraxmayıb. Həmin silahlılar dörd tibb işçisini girov götürüblər.

Myradyan-ın sözçüsü Anait Aitayan deyib ki, nazir “durumla yerində tanış olmaq istəyib, amma buna icazə verməyiblər”.

Nazirliyin sözçüsü daha sonra “Facebook”da yazıb ki, mediklərdən biri buraxılıb. “İki həkim və bir tibb bacısı hələ də girovluqdadır”, sözçü deyib.

Polis jurnalistlərə bildirib ki, Muradyan həmin binaya təhlükəsizlik məqsədilə buraxılmayıb. Tibb işçiləri binaya iki silahlını müalicə etməkdən ötrü daxil olublar. Həmin silahlılar iyulun 26-da polislə atışmada yaralanmışdılar.

Polisin sözçüsü silahlı qrup rəhbəri Pavel Manukian və oğlu Aram-ın yaralandığını, xəstəxanaya aparıldığını təsdiqləyib.

Silahlılar "Təsisedici parlament" hərəkatının lideri Jirayr Sefilyanın həbsdən buraxılmasını və prezident Serj Sarkisyanın istefasını tələb edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG