Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:18

'Qəbələ' çətin sınaq qarşısında


Foto illüstrasiya
Foto illüstrasiya

Bu gün - iyulun 28-də Azərbaycanın futbol klubu «Qəbələ» Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində səfərdə Fransanın «Lill» klubunun qonağı olacaq.

«Qəbələ» I təsnifat mərhələsində «Samtredia» (Gürcüstan), II təsnifat mərhələsində də MTK (Macarıstan) klublarını mübarizədən kənarlaşdırıb.

Futbol şərhçilərinin fikrincə, əvvəlki oyunlara nisbətən indi «Qəbələ»ni daha ciddi sınaq gözləyir. Hərçənd, «Qəbələ»nin baş məşqçisi Roman Hrygorchuk oyundan öncə jurnalistlərə deyib ki, onlar müdafiədə oynamayacaqlar. Qarşılaşma Bakı vaxtı ilə saat 21-də gerçəkləşəcək.

XS
SM
MD
LG